Bakıda baş vermiş dəhşətli hadisənin videosu yayılıb.
Oxu24.com xəbər verir ki, Hökməli qəsəbəsi,Atyalı massivində baş vermiş qətlin təfərrüatı və görüntüsü yayılıb. Məlum olub ki, ərazidə su satışı ilə məşğul olan şirkətin qız əməkdaşları kəndin oğlanları tərəfindən ələ salınıb və qızlara söz atılıb. Kəndin oğlanları qızlara "bunlar şəhər uşaqlarıdır, elə bil Tarqıvuda" gəzirlər ", deyə söz atıblar. Bu zaman su satışı şirkətinin oğlan əməkdaşları oğlanlara qızlara niyə söz atdıqlarını bildirərkən tərəflər arasında kütləvi dava düşüb. Daha sonra qəsəbənin digər sakinləri də davaya qoşulub. Şirkət əməkdaşları,qızlar da daxil olmaqla oğlanlar tərəfindən döyülüb. Bu zaman şirkətin əməkdaşı Fəxri Şahbazlı bıçaqla qəsəbə sakini Fərid Qurbanova zərbə endirib. Aldığı zədələrdən F.Qurbanov xəstəxanada dünyasını dəyişib.
Hadisənin görüntüləri və təfərrüatı ilə bağlı ətraflı videonu təqdim edirik:{banner_reklam1} Oxu24.com
ŞƏRHLƏR