Qaynar xətt:

(+99450) 247 90 86

Maşınları toqquşduğu üçün sürücünü öldürdü - Gəncədə dəhşətli qətlin təfərrüatı

2019-11/1573457154_11-24-19.jpg

KRİMİNAL

939

11.11.2019, 11:25

\"\" Gəncə şəhərində törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, qətl gecə saatlarında iki avtomobilin toqquşması nəticəsində yaranan mübahisə zəminində baş verib.
Belə ki, Mirağa Əliyevin idarə etdiyi avtomobillə 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Qəzadan sonra sürücülər aralarında yaranan mübahisəni həll edə bilməyiblər.
Mübahisənin davamı olaraq onlar gecə saat 01 radələrində maşın bazarı adlanan ərazidə görüşüblər. Görüş zamanı D.Nicat M.Əliyevi maşınında saxladığı bıçaqla ürək nahiyəsindən bıçaqlayıb. 
M.Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən D.Nicat saxlanılıb. 
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.