Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 10 yaşlı qız dərmandan zəhərlənib

Bakıda 10 yaşlı qız dərmandan zəhərlənib

KRİMİNAL

629

09.11.2019, 15:47

\"\" Bakıda 10 yaşlı qız dərmandan zəhərlənib.
Oxu24.com “Report”-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Belə ki, 10 yaşlı A.Əlizadə evdə soyuqdəymə əleyhinə dərman qəbul edəndən sonra zəhərlənib və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.