Qaynar xətt:

(+99450) 247 90 86

Ucarda ağır qəza: yaralılar var

2019-11/1573127609_2935bfdf87d234cf24ebbbcf33d0419c.jpg

KRİMİNAL

892

07.11.2019, 15:52

\"\" 
Ucarda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Azərbaycan küçəsində qeydə alınıb. \"VAZ-2107\" markalı iki minik maşınının toqquşması nəticəsində Ucar rayonunun Qazyan kənd sakinləri - 1938-ci il təvəllüdlü Sabir Məhəmməd oğlu Şirəliyev, 1954-cü il təvəllüdlü Dilavər Məhəmmədəli oğlu Allahverdiyev və rayonun Şalıq kənd sakini, 1984-cü il təvəllüdlü Nurlan Tahir oğlu Cavadov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.  
Faktla bağlı araşdırma aparılır. \"\"