Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dava: 17 yaşlı gənc iki nəfəri ölümcül bıçaqladı

2019-10/1572257830_bicaq_021365.jpg

KRİMİNAL

806

28.10.2019, 14:16

\"\"  Bakıda yeniyetmə oğlan iki nəfəri bıçaqlayıb.
Oxu24.com Trend-ə istinadən əbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Sabunçu rayonu, Sabunçu qəsəbə sakini, 2002-ci il təvəllüdlü Məmmədov Qulu Ramik oğlu qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlunu ürəyindən bıçaqlayıb. Q.Məmmədov, həmçinin qəsəbə sakini, 1995-ci il təvəllüdlü Abbaslı Nihat Ehtiram oğluna qarın boşluğundan bıçaqla xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və daha artıq şəxsin qəsdən sağlamlığına ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.