Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan sərhəddində gərginlik: Tutulanlar var

2019-10/1572245967_serhed.jpg

KRİMİNAL

594

28.10.2019, 10:58

\"\"  Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sər­hə­dinin toxunulmazlığının təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­yə­sinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.
Oxu24.com-a  daxil olan məlumata görə, oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gür­­cüstan isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.
İlkin araşdırma zamanı sərhəd pozucusunun Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəy­yən­­ləş­diril­ib. Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azər­bay­cana gələrkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­üb. Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.