Qaynar xətt:

(+99450) 247 90 86

Bakını silkələyən qətlin pərdəarxası: Maşında 3 kişi arasında gecə mübahisə nə üstündə olub?

2019-10/1572243300_tuvaletin-catisinda-elleri-ve-yuzu-yanmis-ceset-bu-3739027.jpg

KRİMİNAL

2442

28.10.2019, 10:15

  Oktyabrın 25-də isə Xəzər rayonunun Türkan qəsəbəsindəki evlərdən birinin qarşısındakı su quyusundan meyiti tapılan Elvin Həbibzadənin qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Oxu24.com  xəbər  verir   ki,  Femida.az - ın əldə etdiyi məlumata görə, qətli  törətməkdə şübhəli bilinən şəxslər - Bakı  şəhər sakini Səbuhi Ələkbərov və yaxın qohumu Rəşad Fətullayevlə Elvin Həbibzadə arasında borc üstündə mübahisə olub. Belə ki, qətlə yetirilən Elvin Həbibzadə qarşı tərəfdən müxtəlif vaxtlarda uyuşdurucu maddələr alaraq istifadə edib. Ancaq pulunu ödəyə bilmədiyi üçün 3 min manatdan çox borcu yaranıb. Həmin borc üstündə tərəflər arasında dəfələrlə mübahisə yaranıb. Sonuncu mübahisə zamanı onlar Elvindən ya pulu verməyi, ya da maşını satmağını tələb ediblər. Bu zaman qətlə yetirilən Elvin Həbibzadə nalayiq söyüşlə Səbuhi Ələkbərovu təhqir edib. Mübahisə Elvin Həbibzadənin avtomobilində baş verib. Tərəflər arasında qarşılıqlı mübahisə zamanı ilk olaraq Elvin Həbibzadə onunla mübahisə edən Səbuhi Ələkbərova bıçaq zərbəsi endirib. Bu zaman arxada oturan qohumu Rəşad Fətullayev qayçı ilə Elvin Həbibzadənin boğazına zərbələr endirərək onu həyatdan məhrum edib. Elvinin öldüyünü gördükdən sonar izi itirmək üçün onun meyitini elə öz avtomobilinə qoyaraq Xəzər rayonuna gətirərək, S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar. Daha sonra mərhum Elvin Həbibzadəyə məxsus “BMW” avtomobilini dəyərindən dəfələrlə ucuz qiymətə 4 min manata başqa bir sakinə satıblar. Avtomobili alan şəxs salonda qan izlərini gördükdən sonra şübhələnib. O, avtomobilin qaçırıldığını və hər hansı hadisənin baş verdiyindən şübhələnərək polisə məlumat verib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Elvin Həbibzadənin meyiti  25  metrlik  su  quyusundan  tapılıb. Səbuhi  Ələkbərov və  Rəşad  Fətullayev  barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Həmçinin oxu:  Mikayıl Cabbarovdan monopoliya yaradanlara xəbərdarlıq+VİDEO Küçənin ortasında qadına elə hərəkət etdi ki, ölkə qarışdı+VİDEO Hadisə  yerindən  videonu  təqdim edirik: {banner_reklam1}