Qaynar xətt:

(+99450) 247 90 86

Kərbəlada itkin düşən azərbaycanlı axundun meyiti tapılıb

2019-10/1572080649_1572076884_797344.jpg

KRİMİNAL

1927

26.10.2019, 13:03

\"\"  {banner_reklam}
Kərbəlaya ziyarətə gedən İmişli rayonunun axundu orada dünyasını dəyişib.
Oxu24.com  Trend-ə istinadən xəbər verir ki, bu ayın əvvəllərində digər azərbaycanlı zəvvarlarla İraqa - Kərbəla ziyarətinə yola düşən Yusifov Davər Qafar oğlu orada itkin düşüb. Bir müddət sonra isə Davər Yusifovun Kərbəlada insanlar arasında sıxlığa düşərək dünyasını dəyişidiyi bildirilib. Bu barədə axundun yaxınları xəbər veriblər. Onların dediyinə görə, ziyarətdə insanların sıx olduğu bir yerdə axundun ürəyi tutub və o dünyasnı dəyişib. Hazırda onun meyiti Kərbəla xəstəxanasının morqundadır. Xatırladaq ki, D.Yusifov İmişli rayon Sarıxanlı kəndinin axundudur. Bir neçə gün əvvəl onun itkin düşməsi barədə xəbər vermişdik.