Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19453
az

Bakıda dəhşət: Stomatoloqun başını kəsib quyuya atıblar

09:1426 Oktyabr, 2019
3666
KRİMİNAL
  • A
 Bir neçə gün öncə Bakıda itkin düşən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun qətlə yetirildiyi məlum olub.

Oxu24.com  xəbər  verir   ki, bu barədə Trend-ə qətlə yetirilən şəxsin qardaşı bildirib. Onun sözlərinə görə, hadisə Xəzər rayon prokurorluğu tərəfindən araşdırılır:

"Elvin iki nəfər şəxs tərəfindən qətlə yetirilib. Onun boğazını qayçı ilə kəsərək su quyusuna atıblar. Hazırda həmin şəxslər yaxalanıblar və Xəzər Rayon Prokurorluğunda araşdırmalar aparılır".

Xatırladaq ki, Həbibzadə Elvin oktyabrın 14-dən itkin düşüb. Yol müşahidə kameraları onu sonuncu dəfə 10-VP-103 dövlət qeydiyyat nömrəli "BMW" avtomobili ilə Sulutəpə qəsəbəsinə gedən yolda qeydə alıb.

Bu gün isə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda su quyusunda aşkar edilən 1987-ci il təvəllüdlü Həbibzadə Elvin Nazim oğlunun meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri E.Həbibzadənin meyitini dərinliyi, təqribən, 25 metr olan quyudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

E.Həbibzadə stomatoloq olub.

Həmçinin oxu:  Futbolda biabırçılıq: İbrahimoviç cinsiyyət orqanın azarkeşlərə göstərdi- 18+VİDEO

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib+VİDEO

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı