Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda doğuş zamanı uşağın sümüyünü sındırdılar

2019-10/1572021537_74651340_416239372606399_8249018483388448768_n.jpg

KRİMİNAL

767

25.10.2019, 20:39

\"\" Mingəçevirdə yeni dünyaya gələn uşaq doğuş zamanı xəsarət alıb.
Publika.az xəbər verir ki, Mingəçevir xəstəxanasında yeni doğulan qız uşağı doğuş zamanı səhlənkarlıq səbəbindən ağır xəsarətlər alıb. Belə ki, uşağa körpüçük sümüyünün sınığı, üz sinirinin parezi diaqnozu qoyulub. Xəstənin yaxınları bildirib ki, uşağın anası 9 ay həkim nəzarəti altında normal hamiləlik keçirib. 20 yaşlı Əfsanə İbrahimova 3 gün bundan öncə qız uşağı dünyaya gətirib. Nənə Çiçək İbrahimova bildirib ki, uşaq doğuş həkimi Gülnarə Quliyevanın səhlənkarlığı səbəbindən qüsurlu keçib.