Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19427
az

Bakıda kişi oğurluğa getdiyi evin zirzəmisində öldürüldü

14:4925 Oktyabr, 2019
868
  • A
 
Oktyabrın 24-də saat 13 radələrində Yasamal rayonunun M.Muxtarov küçəsində 1 nəfərin Saatlı rayon sakini Daxil Allahyarovu bıçaqla qətlə yetirib hadisə yerini tərk etməsi barədə “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Oxu24.com xəbər verir ki, bu badərə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səfərov saxlanılıb.

Hüquq-mühafizə orqanlarından “oxu.az”a verilən məlumata görə, cinayət günorta saatlarında Murtuza Muxtarov küçəsindəki 185 nömrəli yaşayış binasının zirzəmisində baş verib.

Belə ki, sözügedən ərazidə 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu döş qəfəsindən bıçaqlanıb. O, hadisə yerində ölüb.

İlkin araşdırma zamanı oğurluqda şübhəli bilinən şəxsin zirzəmidə gizlənmək istəyərkən ev mühafizəçisi tərəfindən bıçaqlandığı məlum olub.

Belə ki, hadisə zamanı yaxınlıqda olan gənclərdən biri D.Allahyarovu təqib edib və binanın zirzəmisində onu yaralayıb.

Cinayətdə təqsirləndirilən şəxs tutulub. Adı hələlik açıqlanmır.

Cinayət faktı ilə bağlı rayon prokurorluğu tərəfindən cinayət işi açılıb.

Qeyd edək ki, son 24 saatda Bakıda iki qətl hadisəsi baş verib. Hər iki cinayətdə qurbanlar kişi olub. İkinci ağır cinayət Xətai rayonunda qeydə alınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha onlar üçün zəng çalınmayacaq... - FOTOlar

Göygöldə iki nəfər bıçaqlandı

Bakıda kütləvi dava -VİDEO


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı