Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ağır qəzadan görüntü: yaralı var

Bakıda ağır qəzadan görüntü: yaralı var

KRİMİNAL

1035

25.10.2019, 09:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Yasamal rayonunda 3 avtomobil toqquşub.
APA xəbər verir ki, hadisə “20 yanvar dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə gələrək taksi fəaliyyəti ilə məşğul olan Tamerlan Musayevin hərəkətsiz dayanan “Opel” markalı avtomobilinə çırpılıb. Zərbənin təsirindən “Opel” digər eyni markalı avtomobilə çırpılıb. Qəza zamanı sonuncu qəzaya uğrayan “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. “Mercedes”in sürücüsü isə Alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparılıb. Qəzaya uğrayan hər 3 avtomobil cərimə meydançasına yerləşdirilib.