Qaynar xətt:

(+99450) 247 90 86

Polis məlumat yaydı: 31 nəfər saxlanılıb

2019-10/1571471626_mehkeme-hebs.jpg

KRİMİNAL

673

19.10.2019, 11:53

\"\"  Daxili İşlər Nazirliyi (DİN) ötən gün respublikada qeydə alınmış cinayət və hadisələr haqqında statistikanı açıqlayıb.
DİN-dən  Oxu24.com-a  verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb.  
Əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.