Qaynar xətt:

(+99450) 247 90 86

Polis bu şəxslə bağlı əhaliyə müraciət etdi

2019-10/1571468024_1571381794_1-7.jpg

KRİMİNAL

1115

19.10.2019, 10:53

  Bakıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.
Oxu24.com -un  Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumatına görə, 19-cu Polis Bölməsinə Astara rayon sakini tərəfindən edilən şikayət əsasında əməliyyat-axtarış tədbirlərinə başlanıb.
Nəticədə Ağsu rayon sakini, 1997-ci il təvəllüdlü Əsgərov Qorxmaz Mətləb oğlu saxlanılıb. Saxlanılan şəxs etiraf edib ki, Sadiq Mirzəyevin mobil telefonunu danışmaq adı ilə alıb və aradan çıxıb. Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Nəsimi Rayon Polis İdaəsi və ya 19-cu Polis Şöbəsinə bu barədə məlumat verə bilərlər”. Araşdırmalar davam edir.