Qaynar xətt:

(+99450) 247 90 86

Şəkidə şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir

Şəkidə şok hadisə - 16 yaşlı qız beş aylıq hamilədir

KRİMİNAL

993

17.10.2019, 18:17

\"\" Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.
Trend-in məlumatına görə, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib. Belə ki, oktyabrın 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş, Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.
Xəstəxanada müayinə zamanı qızın beş aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki Şəhər Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.