Müəllimlik edən həyat yoldaşının şagirdi ilə cinsi əlaqədə olduğunu öyrənən ərin hərəkəti təəccübləndirir.
Oxu24.com xarici mətbuata istinadla xəbər verir ki, Amerikanın Arizona ştatında 27 yaşlı evli müəllim Brittany Zamora 13 yaşlı şagirdi ilə sinif otağında, maşında dəfələrlə cinsi əlaqədə olub.
Onların intim münasibətini adı açıqlanmayan uşağın anası onun telefonunu yoxlayarkən öyrənib. Qadın polisə müraciət edib. Brittany yaşı 18-dən az olan şəxslə cinsi əlaqədə olduğuna görə saxlanılıb.
Təəccüblüsü isə odur ki, Brittany-nin əri həyat yoldaşının uşaqla xəyanətini və bağışlayıb. Hətta, uşağın valideynlərinə yalvarıb ki, şikayətlərini geri götürsünlər.Daniel ilə Brittany 3 il əvvəl ailə qurub.
Cinsindən, könüllü və ya məcburiliyindən asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq cinayətdir. Oxu24.com
ŞƏRHLƏR