Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqəyə girmiş şəxs barəsində cinayət işi açılıb.
Oxu24.com News24.az-a istinadən xəbər verir ki, Ağsu Rayon Polis İdarəsində rayon sakini Əyyublu Vüsal Mübariz oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci, yəni, on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə cinayət işi açılıb. O saxlanılaraq istintaqa cəlb edilib.
Vüsal Əyyublunun 15 yaşlı H.X ilə cinsi əlaqədə olduğu məlum olub və qız zərərçəkən şəxs qismində tanınıb.
Qeyd edək ki, hadisəni törədən şəxs daha əvvəl oğurluq etdiyinə görə tutulub.
Oxu24.com
ŞƏRHLƏR