Qaynar xətt:

(+99450) 247 90 86

Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi

Bacarıqsız oğru soyğun zamanı özünə xəsarət yetirdi

KRİMİNAL

844

14.10.2019, 13:02

 
Darem qraflığının Brandon ingilis kəndində oğru kərpiclə avtomobilin pəncərəsini sındırmaq istəyərkən özünü yaralayıb. Hadisə oktyabrın 5-də baş verib. Müşahidə kameralarında oğrunun maşının qapısına kərpic atdığı və kərpicin qayıdaraq üzünə dəydiyi görünür. Ağrıdan qıvrılan oğru əlini üzünə tutaraq ərazidən əliboş uzaqlaşıb.
Avtomobil sahibi videonu öz “Facebook” səhifəsində paylaşmaq qərarına gəlib. Sosial şəbəkə istifadəçiləri arasında məşhurlaşan videoya oğrunun layiq olduğu cavabı aldığı kimi şərhlər gəlib. (oxu.az) Həmçinin oxu:  Azər Axşamın öldürülməsi — XƏBƏRİ YAYILDI {banner_reklam1}