Qaynar xətt:

(+99450) 247 90 86

Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü

Mahnını bəyənməyən azərbaycanlı DJ-i belə öldürdü

KRİMİNAL

1149

14.10.2019, 10:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Rusiyanın Leninqrad vilayətinin Kirov rayonunda kafedə dava baş verib.
Oxu24.com  47news.ru-ya istinadla xəbər verir ki, kafedə DJ-lə azərbaycanlı müştəri arasında mübahisə yaranıb.
Həmyerlimiz təkid edərək mahnının dəyişdirilməsini istəyib. Ancaq DJ mahnını dəyişməkdən imtina edib. Qəzəblənən azərbaycanlı bıçaqla DJ-yə hücum çəkib və onun ürəyinə bıçaq sancıb. 13 oktyabr tarixində Kirov rayonunun, "Ladojskoya" küçəsindəki kafedə baş verən cinayətin bəzi detalları məlum olub. Ürəyindən bıçaqlanan DJ-i xəstəxanaya çatdırıblar, amma həkimlər onun həyatını xilas edə bilməyib.   İlkin məlumata görə, kadrlarda görünən ofisiant ölən DJ-in qardaşı olub. Qeyd edək ki, cinayəti törədən şəxsin Azərbaycan diasporasının nümayəndəsi olduğu iddia olunur.