Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18974
az

Azərbaycanda xəstəxanaya hücum edildi - həkimləri və sanitar xidmətçiləri döyüldü

08:5814 Oktyabr, 2019
694
KRİMİNAL
  • A
 
Şirvan Şəhər Xəstəxanasında dağıntılarla müşayiət olunan insident baş verib.

Oxu24.com APA-ya istinadla xəbər verir ki, Hacıqabulda baş vermiş avtoqəzada xəsarət alan sürücünün xəstəxanada dünyasını dəyişməsindən sonra onun yaxınları dağıntılar törədib, tibb işçilərini döyüblər.

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində avtoqəza zamanı ağır-kəllə beyin travması alan Füzuli sakini, 52 yaşlı Hüseynov Qəfər Qənimət oğlu axşam saatlarında xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Hadisədən qəzəblənən mərhumun yaxınları şöbənin və xəstəxananın qapılarının şüşələrini sındırıb, palataya hücum edərək komatoz vəziyyətdə olan xəstənin qolundakı sistem iynəsini sındırıblar, həkimləri və sanitar xidmətçiləri döyüblər.

Hazırda Şirvan Şəhər Polis Şöbəsinin təhqiqatçıları xuliqanlıq hadisəsi ilə əlaqədar araşdırma aparırlar. Ölən şəxsin meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Qeyd edilir ki, qəzada xəsarət alan sürücü kritik vəziyyətdə, ağır kəllə-beyin travması, beyninin daxilinin kəskin əzilməsi diaqnozu ilə Reanimasiya şöbəsinə daxil olub və eyni zamanda bundan əvvəl də açıq ürək əməliyyatı keçirib. 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəkidə məktəbli intihar edib
Kirayəni öldürdüyü qadının protez dişlərini sataraq ödəyibmiş...
Bakıda zavodda kütləvi dava -Bir nəfər ölümcül döyüldü

Çinin şimalında 6000 illik yaşayış yeri tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Tez-tez sidiyə getmə - Bu təhlükədən xəbər verir
Polisin tutduğu 35 yaşlı qadının şok əməli üzə çıxdı