Qaynar xətt:

(+99450) 247 90 86

Dəhşətli qəza: Maşın göydə uçdu

2019-10/1570977274_c496ce62-380f-4d51-8fc2-6a813c2aba52.jpg

KRİMİNAL

829

13.10.2019, 18:34

  Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 42 km-də, rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı nəqliyyat vasitəsi Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəzada xəsarət alan sürücü, Kürdəmir rayon sakini 1984-cü il təvəllüdlü Məmmədov Nurlan Məhəmməd oğlu müxtəlif növ bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.