Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli hadisə:Arvadını qantellə öldürüb Şəkiyə qaçdı

2019-10/1570774899_hqdefault-80.jpg

KRİMİNAL

1116

11.10.2019, 10:21

  Həmçinin oxu:  Həkimlər şokda: Hamilə qadının bətnindən uşaq əvəzinə ilan çıxdı
Bakıda qətl hadisəsi törədilib.
APA TV-nin xəbərinə görə, hadisə oktyabrın 8-də paytaxtın Nizami rayonu ərazisində - Məmməd Şərifli küçəsi 82a, mənzil 25-də qeydə alınıb. Həmin ünvanda yaşayan 1980-ci il təvəllüdlü İlham Əkbərov həyat yoldaşı, 1983-cü il təvəllüdlü Cəvahir Əkbərovanı qantel vasitəsilə qətlə yetirib. Qətl törətdikdən sonra hadisə yerini tərk edən İlham Əkbərov Şəki rayonuna qaçıb. Nizami və Şəki rayon Polis şöbələri əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İham Əkbərov saxlanılıb. Saxlanılan şəxs hadisəni namus üstündə törətdiyini bildirib. Qonşuların bildirdiyinə görə, hadisə 9 və 15 yaşlı övladların gözü qarşısında baş verib: “Biz o qadından heç bir şey görməmişik. O qadından heç nə görməmişik. Çox qeyrətli qızıydı. Əlləri yanıq mərasim evində işləyirdi. Döşək və yorğan yuyurdu. O, qeyrətli kişi olsaydı, gəlib arvadını evdə otuzdurardı və o sözü də deməzdi”.