Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda bahalı maşın yolun ortasında yanıb kül oldu

Bakıda bahalı maşın yolun ortasında yanıb kül oldu

KRİMİNAL

1353

10.10.2019, 10:32

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
  Bakının Xəzər rayonu ərazisində avtomobil yanıb.
APA TV - nin məlumatına görə, hadisə aeroport şossesində, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb.
Belə ki, 10-PP-222 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobil qəfildən alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və yanğının qarşısı alınıb. Bununla belə, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.