Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: Kişi ananı və qızını beysbol dəyənəyi ilə döydü

Bakıda dəhşət: Kişi ananı və qızını  beysbol dəyənəyi ilə döydü

KRİMİNAL

1437

08.10.2019, 09:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Bakının Nəsimi rayonunda xuliqanlıq zəminində döyülmə hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, hadisə Mirəli Qaşqay küçəsində yerləşən mənzildə baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Şəfiqə Mollazadənin yaşadığı ünvana onun qaynı öz xanımı ilə qonaq gəlib. Mənzildə onların arasında mübahisə yaranıb və qayın beysbol dəyənəyi ilə əvvəlcə Ş.Mollazadəni, daha sonra 2000-ci il təvəllüdlü Lamiyə Mollazadəni döyüb. Hər iki yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya yerləşdirilib. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Hadisəni törədən şəxs saxlanılıb.