Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda 2 yük avtomobili toqquşdu – ÖLƏN VAR

2019-10/1570447868_qeza_kamaz.jpg

KRİMİNAL

542

07.10.2019, 15:30

\"\"  Biləsuvar şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 5-də saat 9 radələrində Biləsuvar şəhəri ərazisində Bakı şəhər sakini Mirzə Mirzəyev idarə etdiyi \"Ford Tranzit\" markalı yük avtomobili qarşıda gedən Lənkəran rayon sakini S.Bəşirovun idarə etdiyi \"KamAZ\" markalı avtomobilə vurub. Nəticədə M.Mirzəyev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.