“Bir ilə yaxındır ki, şəxsi həyatım və işimlə bağlı təhdid və şantaj dolu mesajlar alırdım. Həmin şəxslərin kim olduqlarını ehtimal edirəm. Bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Nəticə olduqdan sonra bu haqda geniş məlumat verəcəm”.
Bu sözləri “Sputnik Azərbaycan” saytının əməkdaşı, jurnalist İradə Cəlil deyib.
Onun sözlərinə görə, heç kimlə problem yaşayan insan deyil:
“Onlar məni Feysbukda saxta profillərlə təhdid edir. Şəxs və ya şəxslərin hansı əsaslarla təhdid, şantaj etdiyini polisə bildirmişəm. Kiminsə haqqına girmək istəmirəm. Araşdırılandan sonra məlum olacaq ki, kimdir, nə istəyir... Bəlkə heç istədiyi bu deyil, bəlkə başqa adamdır. Mən şübhələndiyim adamların adlarını hüquq-mühafizə orqanlarına demişəm.
Mənim 2017-ci ilə qədər həyatımla, işimlə və sairlə heç kimlə problemim olmayıb, hesab edirəm, düşmənim də yoxdur. Mən güzəştə gedən adamam, müəyyən problem yaşayıb münasibətlərimizin kəsildiyi dostlarımla da əlaqələri bərpa etmişəm ki, haqları üzərimdə qalmasın. Hələlik bunları deyə bilərəm”.
Qeyd edək ki, bir müddət bundan öncə, İradə Cəlil aldığı təhdid və şantajlar barədə Feysbuk profilində ölkə rəhbərliyinə müraciət etmişdi.(Teleqraf)
Oxu24.com
ŞƏRHLƏR