Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ağır yol qəzası baş verib, 11 nəfər xəsarət alıb

2019-10/1570429410_qeza-2.jpg

KRİMİNAL

714

07.10.2019, 10:22

\"\"  Bakıda ağır yol qəzası baş verib.
\"Report\"un xəbərinə görə, hadisə oktyabrın 7-də səhər saatlarında Qala -Pirallahı yolunda (Zirə Bolmarketin yanı) qeydə alınıb.
Hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-na ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib: \"İki nəfərin müalicəsi davam edir. Həkimlər xəstəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur\".