Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda maşınlar toqquşdu -16 yaşlı qız xəsarət aldı

2019-10/1570388983_1570388013_792099.jpg

KRİMİNAL

581

06.10.2019, 23:09

\"\" Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax ərazisində baş verib. \"VAZ 2107\" markalı minik avtomobili ilə \"KAMAZ\" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində \"VAZ 2107\"də olan sərnişin 2003-cü il təvəllüdlü Yevlax rayon sakini Qafarova Aytən  Arzuman qızı xəstəxanaya yerləşdirilib. Həkimlər yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyub.
Faktla bağlı araşdırma aparılır.