Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşət: Kişi küçədə arvadına 20 bıçaq zərbəsi vurdu

2019-10/1570381181_bicaqlanmajpg.jpeg

KRİMİNAL

1206

06.10.2019, 20:59

\"\" Paytaxtın Binəqədi rayonunda Avtovağzal metrostansiyası yaxınlığında qətl hadisəsi qeydə alınıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında bıçaqlayıb. L. Abdullayevaya 20 bıçaq zərbəsi vurulub. Qadın hadisə yerində həyatını itirib.
Hadisəni törədən N. Abullayev Binəqəldi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisə yerinə Binəqədi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Hadisə zamanı istifadə edilən bıçaq maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.