Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18698
az

Bakıda qəribə hadisə: Sosial şəbəkədə söyüş yazanın başına oyun açdılar

12:0206 Oktyabr, 2019
948
KRİMİNAL
  • A
 
Bir qrup silahlı şəxs Bakı sakinini sosial şəbəkədə çox "rahat davranışına" görə döyüb. Mobil telefonla prosesi lentə alan xuliqanlar ondan pul tələb ediblər.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarının mənbələrindən məlumat verilib.

Hələlik yalnız oktyabrın 2-si saat 14:00-da özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edən Fərid paytaxt sakini 1994-cü il təvəllüdlü Sənan Aslanova zəng vurması məlumdur.

Belə ki, o S.Aslanovdan 2-ci Alatava küçəsinə gəlməsini istəyib. Deyilən əraziyə gələn zərərçəkən bir neçə nəfərdən ibarət qrupla qarşılaşıb.

Sonra onlar hər biri maşınlara minərək Xırdalanda yerləşən oyun zalına gediblər. Burada S.Aslanova fiziki təzyiq göstərilib. Özünü kəşfiyyat nümayəndəsi kimi təqdim edən Fərid ona "Makarov" tipli tapança doğruldub.

Təcavüzkarlar S.Aslanovdan sosial şəbəkədə yazdığı şərəf və ləyaqətə toxunan təhqirlərə görə üzr istəməsini tələb edib. Onlar əks təqdirdə Aslanovu güllələyəcəkləri ilə hədələyiblər.

Sonra xuliqanlar zərərçəkmişi başqa bir otağa gətirib və ona bədən xəsarəti yetiriblər. Proses mobil telefonlarla lentə alınıb. Daha sonra Aslanovdan oktyabrın 3-ü saat 17:00-a qədər 200 manat gətirməsi tələb olunub. Cinayətkarlar tələb yerinə yetirilmədiyi təqdirdə videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Oktyabrın 3-də zərərçəkən Binəqədi Rayon Polis İdarəsinə müraciət edib. Üstəlik, hüquq-mühafizə orqanlarının qeyd etdiyi kimi, cinayət yerindən əldə olunan materiallar istintaq üçün Abşeron Rayon Polis Şöbəsinə təhvil veriləcək.

Zərərçəkən bir neçə şəxsin adını çəkib: Rauf, Ülvi, Fərid, Röyal, Bayram. Hazırda müstəntiqlər silahla pul tələb etmək və cinayətin digər detallarını öyrənmək məqsədilə şübhəli bilinən şəxslərin müəyyənləşdirilməsi üzərində işləyir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat
İşdən beş dəqiqə gec çıxan sevgilisini döydü
Rusiyada 3 azərbaycanlıdan biri göldə boğuldu - Anbaan görüntülər

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat