Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda DƏHŞƏTLİ qəza: "Vito" piyadanın üstündən keçdi

2019-10/1570254435_385d97bc0913bf7.jpg

KRİMİNAL

1058

05.10.2019, 09:48

  Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Oxu24.com  APA -ya istinadən  xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul Məmmədov Pünhan Valeh oğlu idarə etdiyi "90-HX-930 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobil Heydər Əliyev prospektində yüksək sürətli hərəkətdə yolda olarkən dayanmanın qadağan olunduğu hissədə anidən dayanıb.
Bu zaman avtomobildə olan Elçin adlı sərnişin düşərək yolu keçmək istəyib. Nəticədə arxadan yüksək sürətlə gələn, Rəhimov Rəcəb Musa oğlunun idarə etdiyi 99-MH-889 dövlət nömrə nişanlı  "Mercedes Vito" markalı nəqliyyat vasitəsi sərnişini vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib. Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.