Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda uşaq xəstəxanasında DƏHŞƏT: Gənci bıçaqladılar

2019-10/1570189694_20619-bakida-qardas-qardasi-bicaqladi.jpg

KRİMİNAL

724

04.10.2019, 15:49

\"\"  Qaradağda xəstəxananın həyətində 18 yaşlı gənc bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 1-də rayonun Qobustan qəsəbəsində yerləşən Zaur Bayramov adına 9 saylı Birləşmiş Uşaq Xəstəxanasının həyətində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü İlkin Şərbətəli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Sənan Nəcəflini mətbəxt bıçağı ilə vuraraq xəsarət yetirib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb və ertəsi günü isə İ.Şərbətəli şübhəli şəxs qismində saxlanılıb. Daha sonra CM-nin 128-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağıra zərər vurma) maddəsinə tövsif edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.