Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1861
az

78 yaşlı qadını yatdığı yerdə zorladı - Füzulidə inanılmaz olay

14:4317 May, 2018
6592
KRİMİNAL
  • A
Füzulidə zorlama və qətl cinayətləri törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Yaqub Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yaqub Abbasov 2 dekabr 2016-cı ildə, saat 21-22 radələrində Füzuli rayonu Babı kəndində yerləşən çayxanada yeyib-içib. O, həmin vaxt spirtli içki qəbul edib.

Daha sonra Yaqub Abbasov gecə həmin kənddə yaşayan nənəsi Laçın Abbasovanın evində qalıb. O, dekabrın 3-də, gecə saat 3-də sərxoş vəziyyətdə siqaret almaq məqsədilə evdən çıxıb.

Yaşlı qadınla cinsi əlaqədə olmaq istəyi

Lakin dükanlar bağlı olduğundan Yaqub Abbasov saat 4-də nənəsinin evinə qayıdan zaman Babı kənd sakini, 1939-cu il təvəllüdlü Lyuba Babayevanın evinin yanından keçərkən onda cinsi ehtiras oyanıb.

O, Lyuba Babayevanın evdə tək yaşadığını və qocalığı ilə əlaqədar ona müqavimət göstərmək iqtidarında olmadığını düşünüb, cinsi ehtirasını təmin etmək üçün Lyuba Babayeva ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlib.

Yuxudan oyanan qadın dəhşətə gəldi

Bu məqsədlə Yaqub Abbasov Lyuba Babayevanın yaşadığı evin həyətinin arxa tərəfindəki dəmir torun üstündən keçərək, həyətə daxil olub. O, evin arxasına açılan pəncərəni açaraq mənzilə girib.

Yaqub Abbasov Lyuba Babayevanın yatdığı otağa keçib. O, çarpayıda yatmış Lyuba Babayevanın üstünə örtdüyü adyalı çəkərək, yerə atıb. Bu zaman Lyuba Babayeva yuxudan oyanıb və ondan kim olmasını soruşub.

Zorla cinsi əlaqə

Yaqub Abbasov ona heç bir söz deməyib və Lyuba Babayevanın üstünə uzanıb. O, Lyubanın onu görərək, tanıya bilməməsi üçün sol əli ilə onun ağzını tutub, üzünü kənara çevirərək səsini çıxardığı təqdirdə onu öldürəcəyi ilə hədələyib.

Lyuba Babayeva çırpınaraq, müqavimət göstərmək istəsə də, gücü çatmadığı üçün tərpənə bilməyib. Yaqub Abbasov Lyuba Babayeva ilə zorla cinsi əlaqədə olub.

Bundan sonra o, yataq otağındakı stolun üstündəki dəsmalın arasında olan Lyuba Babayevaya məxsus 20 manatı götürək, aradan çıxıb.

Təkrar cinsi əlaqədə olmaq istəyi

Bundan başqa, Yaqub Abbasov 9 iyun 2017-ci il tarixdə, saat 22-də Füzuli rayonu Babı kəndində yerləşən çayxanada yenidən içki qəbul edib. O, sonra sərxoş vəziyyətdə gecə saat 12-də Lyuba Babayevanın evinin yaxınlığına gəlib. O, Lyuba Babayeva ilə təkrar zorla cinsi əlaqədə olmaq qərarına gəlib.

Zorlama və qətl

Bu məqsədlə Yaqub Abbasov 2017-ci ilin iyunun 9-dan 10-na keçən gecə, saat 03-də yenə də Lyuba Babayevanın yaşadığı evə girib. O, Lyuba Babayevanın yatdığı otağa keçərək, cinsi əlaqədə olmaq istəyib.

Yaqub Abbasov Lyuba Babayevanı zorlayarkən, sonuncu yuxudan oyanıb və əvvəlcədən özünü müdafiə etmək məqsədi ilə saxladığı bıçaqla müqavimət göstərməyə çalışıb.

Bu zaman Yaqub Abbasov 78 yaşlı Lyuba Babayevanı taxta döşəmə silənlə sifət və baş nahiyələrinə vurub. Yaşlı qadın aldığı zərbələrdən hadisə yerində ölüb.

7 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Yaqub Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 180.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq törətmək) maddələri ilə ittiham elan edilib.

Yaqub Abbasovun barəsində toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xamməd Nuriyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Yaqub Abbasov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, Lyuba Babayevanı qətlə yetirməyib. Bildirib ki, yaşlı qadını əmisi qətlə yetirib, cinayət onun boynunda qalıb.

Məhkəmədə Yaqub Abbasovun ibtidai istintaqa verdiyi ifadəsi tədqiq edilib. O, həmin ifadədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və hadisə barədə geniş danışıb.

"Lyubanı uşaq yaşlarımdan tanımışam"

İbtidai istintaqa təqsirləndirilən şəxs qismində ifadə verən Yaqub Abbasov bildirib ki, altı-yeddi yaşına kimi Füzuli rayonu Babı kəndində nənəsi Laçın Abbasova ilə birlikdə yaşayıb: "Babı kənd sakini Lyuba Babayevanı uşaq yaşlarımdan tanımışam, onunla ədavətim və düşmənçiliyim olmayıb. 1996-cı ildə Sumqayıt şəhərinə valideynlərimin yanına getmişəm. O vaxtdan Sumqayıt şəhərində yaşamışam. Hərdən Füzuli rayonu Babı kəndində gələrək, nənəmlə birlikdə qalmışam. Vərəm xəstəliyindən əziyyət çəkən əmim Əlizadə Abbasov anası Laçın Abbasova ilə birlikdə yaşayıb. 2016-cı ilin noyabr-dekabr aylarında əmim vərəm xəstəliyindən müalicə olunmaq üçün Bakı şəhərinə gedib. Nənəm kənddə tək qaldığından, ona məxsus heyvanlara baxmaq üçün Bakı şəhərindən Füzuli rayonu Babı kəndinə gəlmişəm, nənəmlə birlikdə yaşamağa başlamışam".

"Çayxanada içki qəbul etdik"

 
Yaqub Abbasov deyib ki, dekabrın 2-də, gecə saatlarında həmkəndlisi Alim Səmədov, əmisi Əlirza və əmisi oğlu Rahib Yaqubzadə ilə birlikdə Babı kəndində Qürbət adlı şəxsin işlətdiyi çayxanada yemək yeyərək, 2 ədəd 750 qram araq içiblər: "Həmin vaxt təxminən 400 qram araq içdim. Saat 23-24 radələrində həmin şəxslərlə çayxanadan çıxdılar. Oradan əmim Əlirza ilə birlikdə digər əmim Mirzəgilə getdik və nərd oynadıq".

"Fikirləşdim ki, yoldan keçən olarsa, siqaret istəyərəm"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, dekabrın 3-də, gecə saat 02-də əmisi Əlirza ilə birlikdə nənəsi Laçın Abbasovanın evinə gəlib: "Evdə əmim Əlirza ilə bir qədər söhbət etdikdən sonra gecə saat 03-də siqaret almaq üçün evdən çıxdım, əmim Əlirza hara getdiyimi soruşdu. Ona siqaret almaq üçün dükana getdiyimi dedim. Dükanların bağlı olduğunu görüb, fikirləşdim ki, yoldan keçən olarsa, siqaret istəyərəm. Lakin həmin vaxt yoldan keçən olmadı".

"7-8 dəqiqə cinsi əlaqədə oldum"

Yaqub Abbasov qeyd edib ki, saat 04-də evə qayıtmaq istəyərkən onda qadınla cinsi əlaqədə olmaq həvəsi yaranıb: "Lyuba Babayevanın evinin yanından keçən zaman onun evdə tək yaşadığını, yaşlı qadın olduğunu, mənə müqavimət göstərə bilməyəcəyini fikirləşdim və onunla cinsi əlaqədə olmaq qərarına gəldim. Onun evinin arxa tərəfindəki ağacdan tutaraq dəmir torun üstündən keçdim və oradan həyətə daxil oldum. Sonra evin arxa tərəfindəki pəncərəni əlimlə itələyərək, açdıqdan sonra evə gidim, Lyuba Babayevanın yatdığı otağa keçdim. Otağa girdikdə Lyuba Babayevanın sağ tərəfdə çarpayıda yatdığını gördüm. Həmin vaxt onun üzərində adyal vardı. Otaqda qaz peçi yanırdı. Adam olub-olmamasını yoxlamaq üçün digər otağa baxdım, orada heç kim olmayıb. Sonra Lyuba Babayevanın uzandığı çarpayıya yaxınlaşaraq onun üstündəki adyalı çəkərək, yerə atdım. Həmin vaxt Lyuba Babayeva oyanaraq mənim kim olduğunu soruşdu. Ona cavab vermədən üstünə uzandım. Lyuba Babayevanın məni görə bilməməsi üçün sol əlimlə onun üzünü öz üzümün sol tərəfinə çəkdim. Lyubanın əynindəki donu yuxarı qaldırdım, onunla təxminən 7-8 dəqiqə cinsi əlaqədə oldum. Həmin vaxt Lyuba Babayeva mənə müqavimət göstərmək istədi, lakin sol əlimlə Lyuba Babayevanın başından, sağ əlimlə isə sol budundan tutduğum üçün o, tərpənə bilmədi. Həmin vaxt Lyuba Babayeva məni tanımayıb. Cinsi əlaqədə olarkən Lyuba Babayeva qışqırmayıb, əvvəlcə çırpınıb müqavimət göstərmək istəsə də, gücü çatmadığı üçün tərpənməyib. Rahatlandıqdan sonra şalvarımı geyindim, həmin evi tərk etdim və nənəm Laçının evinə yollandım. Evə çatanda artıq nənəm və əmim yatmışdılar".

"Peşman olmuşdum, vicdan əzabı çəkirdim"

Yaqub Abbasov bildirib ki, dekabrın 6-da, Sumqayıt şəhərinə gedib, 22 may 2017-ci il tarixdə babası Yaqubun il mərasimi ilə əlaqədar anası Safura Abbasova ilə birlikdə yenidən Babı kəndinə gəlib: "Babam Yaqub Abbasovun il mərasimi mayın 23-də oldu, anam və atam mayın 25-də Sumqayıt şəhərinə qayıtdılar. Mən kənddə qalaraq pul müqabilində ot daşıdım. Həmin dövrdə Lyuba Babayeva ilə kənddə tez-tez qarşıladım. Hər dəfə onu görəndə utandım, onunla cinsi əlaqədə olduğuma görə peşman olmuşdum, vicdan əzabı çəkirdim. May ayının axırlarında öz-özümə fikirləşdim ki, Lyuba Babayevanı öldürüm, bir daha qarşıma çıxmasın, mən də onu görüb əzab çəkməyim, sonra da cəzamı çəkərəm. Bu barədə heç kimə, heç nə deməmişəm".

"Doyunca içdik"

Təqsirləndirilən şəxsin ifadəsinə görə, iyunun 9-da, gecə saat 22-də Füzuli rayonu, Babı kəndində Mirzənin işlətdiyi çayxanaya gedib: "Orada Babı kənd sakinləri Məzahir, Asif, Mirzə ilə görüşdüm, onlarla yeyib-içdik. Onlarla 750 qram araq içdim, sonra Mirzə yarımçıq araq gətirdi. Onu da içdikdən sonra yaxınlıqdakı dükandan "Silviya" markalı 750 qramlıq araq aldım. Həmin arağı da içdik. Saat gecə 12-də çayxanadan durdum və əmim oğlu Rahiblə söhbət edə-edə babamgilin həyətinin yaxınlığına gəldik. Rahib sonra evlərinə getdi".

"Otağa boylandım"

Yaqub Abbasov qeyd edib ki, babasıgilin həyətinin qapısının ağzında dayanaraq çox fikirləşdikdən sonra Lyuba Babayeva ilə bir daha üz-üzə gəlib, vicdan əzabı çəkməməsi üçün onu öldürmək qərarına gəlib: "İyunun 10-da, gecə saat 03də Lyuba Babayevanın yaşadığı həyətin arxa tərəfində ağacdan tutaraq dəmir torun üstündən həyətə keçdim. Sonra evin arxasındakı pəncərədən işığı yanılı vəziyyətdə olan otağa baxdım. Otaqda heç kim yox idi. Ona görə də Lyuba Babayevanın digər otaqda yatdığını fikirləşdim. Digər otağın işıqları yanmadığı üçün pəncərədən otağa baxmadım. İşığı yanan otağın pəncərəsinin üzərində olan dəmir barmaqlıqları əlimlə bir qədər araladım, pəncərəni itələyərək açdım, dəmirlərin arasından keçərək pəncərədən evə daxil oldum".

"Boğuq səsi gəldi, amma qışqıra bilmədi"

Yaqub Abbasov bildirib ki, Lyuba Babayevanın yatdığı otağın qapısını əli ilə açaraq əlində olan arxası fanarlı alışqanla otaqda sağa-sola baxıb, Lyuba Babayevanın sağ tərəfdəki divar boyunca olan çarpayıda yatdığını görüb: "Əvvəlcə onu yastıqla və yaxud əlimlə boğub öldürməyi fikirləşdim. Sonra qapıdan sol tərəfdə divara söykənmiş vəziyyətdə döşəmə silən taxta olduğunu gördüm. Həmin qalın taxta parçasını əlimə götürərək, Lyuba Babayevanın yanına yaxınlaşdım. Onun başının harada olmasını müəyyən etdikdən sonra taxta ilə sifətindən bir dəfə yüngül zərbə vurdum. Lyuba Babayeva oyanaraq əlinə bıçaq götürdü. O, bıçağı o tərəf, bu tərəfə hərəkət etdirərək, məni vurmaq istədi. Lakin məni vura bilmədi. Bıçağı Lyuba Babayevanın əlindən almadan onun başına taxta ilə zərbələr vurdum. Lyuba Babayeva qalxmaq istədi, lakin zərbələrin təsirindən dura bilmədi, başı divara sürtündü. Boğuq səsi gəldi, amma qışqıra bilmədi".

"Əlimdə qan ləkələri olduğunu gördüm"

Yaqub Abbasov qeyd edib ki, onu tanımasın deyə üzünü yana tutaraq Lyuba Babayevanın baş hissəsindən həmin taxta ilə təxminən 6-7 dəfə dayanmadan güclü zərbələr vurub: "Lyuba Babayeva yatdığı çarpayıda qaldı, xırıldadı. Onun artıq öldüyünü hiss etdim. Onu vurduğum taxtanı otağın qapısının yanında, Lyuba Babayevanın yatdığı çarpayının ayaq hissəsində divara söykədim. Paltarlarım qana bulaşmamışdı. Evə daxil olduğum yerdən çıxdım, əydiyim dəmir barmaqlıqları əvvəlki vəziyyətə gətirməyə çalışdım. Ancaq tam gətirə bilmədim. Evə girərək, Lyuba Babayevanı öldürmək məqsədilə ona çoxlu sayda zərbələr vuraraq oradan çıxmağım təxminən 45 dəqiqə çəkin. Lyuba Babayevanın həyətinə girərkən və oradan çıxarkən məni görən olmayıb. Saat 04-də oradan çıxdım və bir ədəd siqaret yandırdım. Siqareti çəkə-çəkə babamgilə getdim. Həmin vaxt evdə nənəm və atam vardı və onlar yatmışdılar. Səhər saat 09-da yuxudan oyandım, çölə çıxanda sol əlimdə qan ləkələri olduğunu gördüm, əl-üzümü yudum, içkinin təsiri artıq getmişdi. Lyuba Babayevanı öldürməyim barədə heç kimə heç nə demədim".

"Törətdiyim cinayəti etiraf etdim"

Yaqub Abbasov bildirib ki, iyunun 10-da, saat 17 radələrində atası ilə birlikdə Sumqayıt şəhərinə gediblər: "Hadisə barədə atama heç bir söz demədim. İyunun 11-də, səhər saatlarında əmim Mirzə atama zəng edərək Lyuba Babayevanın ölməsi ilə əlaqədar məni Füzuli rayon polis şöbəsindən çağırdıqlarını dedi. Bir saatdan sonra tanımadığım polis əməkdaşları məni Bakı şəhərində, 20 Yanvar metro stansiyasının yaxınlığından götürdülər, sonra Füzuli rayonu polis şöbəsinə gətirdilər. Polis şöbəsində törətdiyim cinayəti etiraf etdim".

20 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Abbasov 20 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 5 ilini həbsxana rejimində, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Yaqub Abbasov apelyasiya şikayəti verib. Onun vəkili Mehdi Cəlalzadənin imzası ilə yazılan şikayətdə qeyd olunub ki, birinci instansiya məhkəməsinin çıxardığı hökm qanunsuz və ədalətsizdir.

Qətli kim törədib?

Vəkil qeyd edib ki, məhkəmə tərəfindən Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərini pozaraq hərtərəfli tam məhkəmə araşdırılması hüququnu pozub: "Yaqub Abbasov əməllərində heç bir cinayət tərkibinin olmamasına baxmayaraq ona ağır ittihamlar əsasında cəza verilib. Halbuki, Yaqub Abbasov məhkəmədə bildirib ki, həmin cinayəti törətməyib və bunu yalnız ürəyinin yumşaqlığından və mərhəmət hissi ilə, yəni ağır xəstə olan əmisinin vəziyyətini nəzərə alıb öz boynuna götürüb".

Bəraət istədi, hakim...

Vəkil şikayətinin sonunda müdafiə etdiyi Yaqub Abbasovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkilin yazdığı şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada Yaqub Abbasovun bəraət istəməsi barədə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti apelyasiya şikayətinin dəlillərini müəyyən edəndən sonra qərar açıqlayıb. Qərara görə, Yaqub Abbasovun vəkili tərəfindən verilən şikayət təmin edilməyib.

///Publika.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı