Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda polis bıçaqlandı

2019-10/1570092180_20619-bakida-qardas-qardasi-bicaqladi.jpg

KRİMİNAL

667

03.10.2019, 12:42

\"\"  Oktyabrın 2-də saat 19 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı, polis mayoru R.Məmmədov 20 Yanvar küçəsində ictimai qaydanı pozan 2 nəfərə yaxınlaşıb və onları intizama dəvət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Oxu24.com -a verilən məlumata görə, onlardan biri tabeçilik göstərməyib, R.Məmmədova bıçaqla yüngül xəsarət yetirib hadisə yerini tərk edib. R.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşına xəsarət yetirməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sadıqov və onunla birgə olan həmyerlisi N.İsmayılov saxlanılıblar. Faktla əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə cinayət işi başlanıb.