Həmçinin oxu: Azərbaycanda ŞOK: Rusiyadan qayıdan kişi arvadını bələdiyyə sədri ilə tutdu+VİDEO
Quba rayonunda qardaşı arvadına qarşı cinayət törətməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Mehman Tağıyevin məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Mehman Tağıyev Quba rayonunun Atuc kəndində yaşadığı evdə qardaşının arvadı Günel Tağıyevanın anasına məxsus qızıl dişləri oğurladığını bəhanə edib və onunla mübahisə edib.
Mübahisə zamanı Mehman Tağıyev əlindəki taxta parçası ilə üç dəfə Günel Tağıyevanın başına vurub. Bununla Günel Tağıyevanın başına əzilmiş-cırılmış yara ilə nəticələnən xəsarət yetirilib.
İstintaq orqanı tərəfindən Mehman Tağıyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham elan edilib. Quba rayon Məhkəməsinin hökmü ilə Mehman Tağıyev hər ay qazancından 10 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş Günel Tağıyeva apelyasiya şikayəti verib. O, Mehman Tağıyevin cəzasının ağırlaşdırılmasını istəyib.
Şikayət araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədli Rzayevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Sonda şikayətin təmin edilməməsi barədə qərar elan edilib.
{banner_reklam1}
Oxu24.com
ŞƏRHLƏR