Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda mənzildən 72 yaşlı kişi meyiti tapıldı

2019-10/1570042818_meyit.jpg

KRİMİNAL

585

02.10.2019, 23:00

\"\" Bakıda mənzildən 72 yaşlı kişi meyiti tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb. Belə ki, FNH-in \"112\" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Qəniyev Qəni Allahverdi oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.