Sumqayıtda ağır qəza olub
29 Sentyabr 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
182
09.09.2026, 15:55
“QHT işi” üzrə ittiham olunanlardan biri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri, iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, Qalib Bayramova 2 il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun cəzası 3 il sınaq müddəti seçilməklə, şərti hesab olunub. Onun barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam tədbiri ilə əvəzlənib.
Prokuror təqsirləndirilən Qalib Bayramova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, 5 il sınaq müddəti seçilməklə, cəzasının şərti hesab olunmasını təklif etmişdi.
Qeyd edək ki, Qalib Bayramova qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində polis nəzarəti altına vermə qətimkanı seçilib.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılıb.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi" MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb, barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
16:19 / 29 Sentyabr 2026
9
16:14 / 29 Sentyabr 2026
13
16:05 / 29 Sentyabr 2026
31
16:01 / 29 Sentyabr 2026
1
15:54 / 29 Sentyabr 2026
43
15:44 / 29 Sentyabr 2026
209
15:41 / 29 Sentyabr 2026
53
15:10 / 29 Sentyabr 2026
58
14:56 / 29 Sentyabr 2026
72
14:40 / 29 Sentyabr 2026
53
14:21 / 29 Sentyabr 2026
138
14:18 / 29 Sentyabr 2026
44
14:15 / 29 Sentyabr 2026
69
14:08 / 29 Sentyabr 2026
107
14:00 / 29 Sentyabr 2026
63
13:58 / 29 Sentyabr 2026
64
13:45 / 29 Sentyabr 2026
199
13:40 / 29 Sentyabr 2026
63
13:36 / 29 Sentyabr 2026
52
13:25 / 29 Sentyabr 2026
297
13:24 / 29 Sentyabr 2026
207
13:22 / 29 Sentyabr 2026
155
13:18 / 29 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.