Goranboyda avtomobil 34 yaşlı piyadanı vurub öldürüb
01 Noyabr 2026, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
291
02.09.2026, 10:46
“QHT işi” üzrə ittiham olunanlardan biri - "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən Hafiz Həsənova 5 il sınaq müddəti təyin olunmaqla, 9 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsini təklif edib.
Təqsirləndirilən Hafiz Həsənov son söz üçün vaxt istəyib.
Növbəti proses 16 sentyabrda keçiriləcək.
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib, sonradan bu qərar polis nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz olunub.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.
Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır.
"İştirak Evi " MMC-nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Daha sonra cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib.
23:00 / 01 Noyabr 2026
1
22:56 / 01 Noyabr 2026
27
22:04 / 01 Noyabr 2026
45
21:49 / 01 Noyabr 2026
87
21:49 / 01 Noyabr 2026
74
21:26 / 01 Noyabr 2026
185
21:14 / 01 Noyabr 2026
206
20:55 / 01 Noyabr 2026
135
20:49 / 01 Noyabr 2026
94
20:35 / 01 Noyabr 2026
612
20:24 / 01 Noyabr 2026
124
20:20 / 01 Noyabr 2026
303
19:59 / 01 Noyabr 2026
141
19:55 / 01 Noyabr 2026
196
19:50 / 01 Noyabr 2026
408
19:36 / 01 Noyabr 2026
132
19:28 / 01 Noyabr 2026
105
19:15 / 01 Noyabr 2026
378
19:09 / 01 Noyabr 2026
214
19:01 / 01 Noyabr 2026
1460
19:00 / 01 Noyabr 2026
99
18:57 / 01 Noyabr 2026
132
18:24 / 01 Noyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.