Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
167
az

Ata 6 yaşlı qızını zorladı - Bakıda dəhşət

13:1802 Aprel, 2018
2514
KRİMİNAL
  • A

 Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi araşdırılır, müttəhimlər kürsüsündə "ata" əyləşib, zərərçəkmiş isə 6 yaşlı qızcığazdır. Ata öz qızına qarşı seksual hərəkətlər etməkdə ittiham olunur.

Oxu24.com Uşaq anası və balaca bacısı ilə birgə Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yerləşdirilib. Ailə başçısı ananın şikayəti ilə həbs olunub, onun barəsində ilkin olaraq 4 aylıq həbs qərarı çıxarılıb. Məhkəmə isə qərarını gələn həftə açıqlayacaq. 

 


"Bu gün məktəbdə 5 almışam. Uşaqlara göstərəcəkdim. Müəllimə məni tərifləyəcəkdi, anam sevinəcəkdi. Kəmalə xanım sığınacaqda bayram edəcəkdi. Axı 5 alan uşaqları tərifləyirlər”, - 6 yaşlı bir uşağın yaxınlarına yazdığı ilk məktub bu sözlərlə başlayır. Birliyin sədri Kəmalə Ağazadə bir neçə yerdən qaralanmış məktubu oxuyur: "Anam axırıncı dərsdə məktəbə gəlib icazə aldı. Axı hələ bir dərsim də vardi, bir dənə də 5 riyaziyyatdan alacaqdım. Heyif. Anamın heç kefi yoxdur. Kəmalə xala da susur. Anam dedi ki, orada əmilər var, səni görmək istəyirlər, tez qayıdacağıq. Bibin, əmin də orda olacaq. Uf. Əmilər. Bəlkə o əmilərdir? Atam haqqında mənimlə gəlib danışanlar?”

"…6 yaşı olmasına baxmayın, dərslərini yaxşı oxuyur. Müəlliməsi deyir ki, yaşıdlarından çox zəkalıdır, artıq sərbəst yazıb, oxumağı bacarır”, - K.Ağazadə söyləyir bunu. Hazırda uşaq psixoloji yardım alır. Ağazadənin sözlərinə görə, onun yenidən psixoloji travma almaması üçün hakim bacardığı qədər ehtiyatla davranıb. Amma uşaq 4 aydan sonra atası ilə yenidən görüşdə sarsıntı keçirib, temperaturu 40 dərəcəyə qədər yüksəlib. "Kişinin etirafları hamını şoka salmışdı, uşağın xəstəliyi də bir tərəfdən bizi çox qorxutdu. 6 yaşlı uşaq yetkin insanlar kimi düşünür, başına gələnlərin ağırlığını dərk edir. Məhkəmədə atası ilə qarşılaşanda elə dəhşətlə qışqırdı ki, sakitləşdirməkdə çətinlik çəkdik. Atası onu çox qorxudub”.

Yenidən məktubu oxuyuruq: "Əmilərdən biri dedi ki, sən ona tərəf heç baxma. O da sənə tərəf baxmayacaq, söz verirəm sənə. O, sənə tərəf baxsa, onu cəzalandıracağam. Üşüyürəm, qarmım ağrıyır. Kəmalə xala niyə ağlayır? Anam, bibim, əmim, ay da, başqa əmi də ağlayır. Getmək istəyirəm. Ürəyim bulanır. O da ağlayır. Atam”.

...Ana uşaqdakı qəribə dəyişikliyi hiss edib. Kəmalə Ağazadə deyir ki, qız atasını görən kimi qusur, şalvarını isladır. Elə bu qəribəlik də ananı qorxuya salıb. Uzun müddət müşahidə aparıb, uşaqla söhbətləşib. Nəhayət, qız baş verənləri danışıb. Bundan sonra ana polisə şikayət edib, kişini saxlayıblar. "Ata məhkəmədə peşman olduğunu dedi, amma onun peşmanlığı nə işə yarayır? Uşaq dərin sarsıntı keçirib, ailə məhv olub. Məhkəmə işi ədalətlə araşdırır, o, cəzasını çəkəcək”.

..."Kəmalə xala, yenə 5 alacam, məni onun yanına aparma, nə olar”, -balacanın yalvarış dolu sözlərinə geri dönürük...
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda ŞOK - Ər arvadının kişilərlə intim görüntülərini kameraya çəkdi
Bakıda dəhşət: Kişi küçədə arvadına 20 bıçaq zərbəsi vurdu
Azərbaycanda dəhşətli qəza - 18 yaşlı tələbə həyatını itirdi

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu