Nəvəsinin andiçməsindən sonra itkin düşən babanın meyiti tapıldı
12 Noyabr 2026, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
689
31.03.2026, 13:32
Daşkəsəndə 65 yaşlı qadın seksual xarakterli təcavüzə məruz qaldığını iddia edir.
Oxu24.com xəbər verir ki, rayon sakini M.M. 26 yaşlı şəxs tərəfindən təcavüzə məruz qaldığını, məhkəmə tibbi ekspertizasının zorlanma faktını təsdiq etdiyini deyib.
O, hüquq-mühafizə orqanlarına müraciət etdiyinə görə oğlanın yaxınları tərəfindən hədələndiyini əlavə edib. Şikayətçi qarşı tərəfinin qardaşının barışıq üçün evlənmə təklifi etdiyini, lakin bununla razılaşmadığını da əlavə edib. M.M. məsələnin nəzarətə götürülməsini və ədalətli qərar verilməsini xahiş edib.
Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi açılıb: “Daşkəsən rayonunun Qabaqtəpə kəndində ötən ilin iyul ayında 1961-ci il təvəllüdlü qadına qarşı 2000-ci il təvəllüdlü şəxs tərəfindən zorakılıq edilməsi ilə bağlı informasiyalar paylaşılıb. Qeyd olunan müraciət üzrə Daşkəsən Rayon Prokurorluğunda araşdırma aparılıb, hadisə yerinə baxış keçirilməklə iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, zəruri şəxslərin dairəsi müəyyən edilərək izahatları alınıb, habelə iş üzrə müvafiq ekspertizalar təyin edilərək rəylər əldə olunub.
Toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Cinayət işi üzrə bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılır, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.
20:26 / 12 Noyabr 2026
31
20:14 / 12 Noyabr 2026
43
20:08 / 12 Noyabr 2026
53
20:05 / 12 Noyabr 2026
63
19:59 / 12 Noyabr 2026
49
19:49 / 12 Noyabr 2026
71
19:36 / 12 Noyabr 2026
82
19:31 / 12 Noyabr 2026
84
19:19 / 12 Noyabr 2026
94
19:15 / 12 Noyabr 2026
110
19:09 / 12 Noyabr 2026
85
19:03 / 12 Noyabr 2026
89
18:58 / 12 Noyabr 2026
95
18:50 / 12 Noyabr 2026
96
18:42 / 12 Noyabr 2026
1053
18:40 / 12 Noyabr 2026
87
18:32 / 12 Noyabr 2026
362
18:28 / 12 Noyabr 2026
85
18:26 / 12 Noyabr 2026
103
18:16 / 12 Noyabr 2026
117
18:15 / 12 Noyabr 2026
105
18:07 / 12 Noyabr 2026
110
17:53 / 12 Noyabr 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.