Qaynar xətt:

(+99450) 247 90 86

52 yaşlı kişinin cansız bədəni TAPILDI

52 yaşlı kişinin cansız bədəni TAPILDI

KRİMİNAL

82

22.03.2026, 21:28

Zaqatalada 52 yaşlı kişinin meyiti yaşadığı evdən tapılıb.

Oxu24.com APA-nın Şimal-qərb bürosunun məlumatına görə bildirir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 52 yaşlı Rafiq Sevdi oğlu Babayevin meyiti ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən tapılıb.

Meyit, şəxsin ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.