Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15001
az

Azərbaycanda tükürpədən HADİSƏ: Əri ilə dalaşıb evdən qaçan hamilə qadını yolda zorladılar

16:3927 İyun, 2019
1199
KRİMİNAL
  • A
 
Zorlamada təqsirləndirilən Amid Ağamalıyev barəsindəki məhkəmə qərarından kassasiya şikayəti verib.

Oxu.Az xəbər verir ki, A.Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayətə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq.

İttihama görə, hadisə 2018-ci il noyabrın 2-də Saatlı rayonunun Şirinbəy kəndi ərazisində baş verib. Sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs hadisə baş verən gün gecə saat 23 radələrində həmin ərazidə yerləşən yanacaqdoldurma məntəqəsinə gedərkən yolda 2000-ci il təvəllüdlü Ayna Vəliyeva (ad, soyad şərtidir) ilə qarşılaşıb.

A.Vəliyeva həmin gecə əri ilə dalaşaraq evdən qaçıb, anasının Sabirabad şəhərində yerləşən mənzilinə getməkdən ötrü yolun kənarı ilə Şirinbəy kəndinin çıxışına doğru hərəkət edirmiş. Bu zaman A.Ağamalıyev spirtli içkinin təsirindən qadınla cinsi münasibətdə olmaq fikrinə düşüb.

O, avtomobilini A.Vəliyevanın yanına sürərək, onu maşına mindirmək istəyib. Qadın onun təklifini rədd etsə də, A.Ağamalıyev qadından əl çəkməyib. O, qadını əlindən tutaraq zorla avtomobilə mindirib.

Qadın ərinin kim olduğunu deyərək, A.Ağamalıyevə xəbərdarlıq edib və yalvararaq ondan əl çəkməsini xahiş edib. Hətta A.Vəliyeva təqsirləndirilən şəxsə hamilə olduğunu bildirərək yalvarıb. Lakin A.Ağamalıyev qadının dediklərinə məhəl qoymayaraq, avtomobili çöllük əraziyə sürüb. O, avtomobildən düşərək qadını əvvəl təhqir edib, sonra onu zorlayıb.

Qadının şikayəti əsasında həbs edilən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən A.Ağamalıyev əməlindən peşmanlıq çəkdiyini, zərərçəkmiş şəxsin öz razılığı ilə onunla cinsi əlaqədə olduğunu bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Ağamalıyev 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nərminin qatili ilə bağlı yeni FAKT - Televizyada çalışıb
Azərbaycanda müəlliməni oğurlayıb hamamda zorladılar - ŞOK  TƏFƏRRÜAT
Əmisi arvadı ilə gizli eşq yaşayan kişi onu yumruqla öldürdü - Bakıda dəhşətli hadisə

100 yaşlı qadın 102 yaşlı kişiyə ərə getdi - FOTO

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Ağır qəzadan video yayıldı
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Böyrək daşından əziyyət çəkənlərin diqqətinə! - Çarəsi bu meyvənin tumudur
Bakıda lotereya biletlərini oğurlayan şəxs saxlanıldı