Məktəbli faciəli şəkildə öldü
10 Noyabr 2026, 13:05
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2103
03.11.2025, 15:15
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadənin adının dələduzluqda hallanması barədə xəbər vermişdik.Onun yaxın dostları Qasımlı Boran Fazil oğlu,Qasımlı Sahil Fazil oğlu və Məmmədzadə Məmməd İmran oğlu birlikdə bu əməli törətdiyi iddia olunur.
Məlumata görə,R.Qasımzadə qızıl-ziynət ticarəti adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onları aldadıb.Şikayətçilər sırasında Elşən Mahmudbəyli,Mirəli Cəfərov,Pərvanə Cəfərova da var.
Məlumata görə,Rüfət Qasımzadənin başqa şəxslərlə də anoloji problemləri var.O,insanları tora salmaq məqsədi ilə dayısının Mərkəzi Univermaqdakı qızıl mağazasını öz obyekti kimi təqdim edirmiş və bu yolla insanları iş qurmaq adı ilə yoldan çıxarırmış.
Oxu24.com yazıda adı hallanan Rüfət Qasımzadə ilə əlaqə saxlayıb.O,sayta açıqlamasında ziddiyətli fikirlər səsləndirib.Əvvəlcə onun bu şəxslərlə aralarında pul mübahisəsinin bitdiyini və onlara heç bir borcunun olmadığını bildirib. Daha sonra isə R.Qasımzadə fərqli rəqəmlər səsləndirərək borcunun olduğunu etiraf edib.Rüfət Qasımzadə açıqlamasında həmçinin bildirib ki,ona heç bir cinayət işi açılmayıb.
“Mən dünən (red- 02 noyabr 2025-ci il tarixi nəzərdə tutur) Yasamal Rayon Polis İdarəsində oldum.Orada təhqiqatçılar mənə bildirdilər ki,sənə heç bir cinayət işi açılmayıb.Artıq o məsələ bağlanıb.Mən də öz növbəmdə qarşı tərəfdən şikayət edəcəm.Mənim haqqımda yazdıqları sözləri silməsəniz,özümü yandıracam”,-deyərək saytın əməkdaşını şantaj etməyə cəhd edib.
Qeyd edək ki, mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadənin ümumilikdə 105 min ABŞ dollarından çox dələduzluq yolu ilə pulu ələ keçirdiyi iddia olunur.Şikayətçilərinin sayının və ələ keçirilən məbləğin artacağı istisna olunmur. İş hazırda Yasamal Rayon Polis İdarəsində araşdırmadadır.
16:47 / 10 Noyabr 2026
30
16:41 / 10 Noyabr 2026
46
16:35 / 10 Noyabr 2026
63
16:21 / 10 Noyabr 2026
90
16:12 / 10 Noyabr 2026
140
15:58 / 10 Noyabr 2026
87
15:44 / 10 Noyabr 2026
177
15:34 / 10 Noyabr 2026
271
15:31 / 10 Noyabr 2026
84
15:25 / 10 Noyabr 2026
123
15:22 / 10 Noyabr 2026
102
14:58 / 10 Noyabr 2026
2398
14:55 / 10 Noyabr 2026
428
14:48 / 10 Noyabr 2026
402
14:23 / 10 Noyabr 2026
509
14:20 / 10 Noyabr 2026
887
14:09 / 10 Noyabr 2026
218
14:00 / 10 Noyabr 2026
896
13:44 / 10 Noyabr 2026
137
13:38 / 10 Noyabr 2026
392
13:26 / 10 Noyabr 2026
1774
13:24 / 10 Noyabr 2026
153
13:20 / 10 Noyabr 2026
355
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.