Kürdəmirdə meyit tapıldı
18 Oktyabr 2026, 10:27
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
684
11.08.2025, 16:52
Üç il əvvəl Tovuz rayonunda iki ahıl qadını öldürüb evi yandırmaqda ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəhşətli cinayətdə təqsirli bilinənlərdən biri qanunun icazə verdiyi ən ağır cəzaya məhkum edilib.
Cinayət işində əsas epizod üç il əvvəl Tovuzun İbrahimhacılı kəndində 68 yaşlı Yaqut Quliyevanın evində yanğın baş verməsi ilə başlayır. Həmin yanğın nəticəsində evin böyük hissəsi külə dönüb. Yanğın söndürüldükdən sonra Yaqut Quliyeva və yaxın qonşusu - 70 yaşlı Həqiqət Cabbarovanın yanmış meyitləri aşkar edilib.
Prokurorluğun keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin üstü isti izlərlə açılıb. 19 yaşlı Elcan Bağırov və 17 yaşlı Q.Quliyev oğurluq məqsədilə evə giriblər. Yaşlı qadınların onları görməsi səbəbindən hər iki şəxsi bıçaqla öldürdükləri, sonra izlərini gizlətmək üçün evi yandırdıqları müəyyən edilib.
Bu əmələ görə, təqsirləndirilən şəxslərə bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, quldurluq və ya hədə-qorxu ilə iki nəfəri öldürmə maddələri ilə ittiham elan edilib. Davam edən araşdırmalar Elcan və Q.Quliyevin başqa cinayətlərini də üzə çıxarıb. Onlar Anar, Samir, Roma, Naməddin və Novruz adlı kənd sakinləri ilə əlbir olaraq əvvəlki vaxtlarda da ətraf rayonlarda və kənddə müxtəlif oğurluq cinayətləri törədiblər. İttihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla da təsdiqini tapıb.
Məhkəmə hazırda 22 və 20 yaşı olan gənclərə heç bir güzəşt tətbiq etməyərək onları ən ağır şəkildə cəzalandırıb.
Hökmə əsasən, Elcan Bağırov ömürlük, Q.Quliyev 10 il müddətinə (yetkinlik yaşına çatmayanlar üçün qanunun icazə verdiyi ən ağır cəza-red) azadlıqdan məhrum edilib. Oğurluqda təqsirli bilinən digər dəstə üzvlərinə isə 2 ildən 9 il 6 aya qədər həbs cəzası verilib.
10:31 / 18 Oktyabr 2026
94
10:29 / 18 Oktyabr 2026
67
10:27 / 18 Oktyabr 2026
62
10:25 / 18 Oktyabr 2026
55
00:00 / 18 Oktyabr 2026
237
23:59 / 17 Oktyabr 2026
159
23:34 / 17 Oktyabr 2026
190
23:19 / 17 Oktyabr 2026
201
22:59 / 17 Oktyabr 2026
198
22:49 / 17 Oktyabr 2026
217
22:21 / 17 Oktyabr 2026
347
22:12 / 17 Oktyabr 2026
215
22:10 / 17 Oktyabr 2026
178
22:05 / 17 Oktyabr 2026
199
21:57 / 17 Oktyabr 2026
285
21:40 / 17 Oktyabr 2026
270
21:18 / 17 Oktyabr 2026
120
20:39 / 17 Oktyabr 2026
134
20:39 / 17 Oktyabr 2026
216
20:16 / 17 Oktyabr 2026
145
20:03 / 17 Oktyabr 2026
213
20:03 / 17 Oktyabr 2026
2456
19:50 / 17 Oktyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.