Qaynar xətt:

(+99450) 247 90 86

Meyiti 11 gün sonra körpünün altında tapıldı 

news/2025_07_01/1751385390_meyit_1751387864.jpg

KRİMİNAL

496

01.08.2025, 12:23

İyulun 20-si Yevlaxda içkili halda Kür çayında boğulan şəxsin meyiti tapılıb.

Oxu24.com  xəbər verir ki, Kür çayının Yevlax şəhərindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Bərdə sakini Sənan Əliyevin meyiti iyulun 31-i saat 23:20 radələrində tapılıb.

Meyit Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt hissəsində aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.