Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
19 Oktyabr 2026, 09:25
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
952
28.07.2025, 11:16
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı əməliyyat keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu24.com-a verilən məlumata görə, tədbirlərlə 26 yaşlı Məhəmməd Şıxəliyev və Natiq Xəlilov saxlanılıblar. Onlardan 20 kiloqram marixuana və 1990 ədəd narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.
Davam etdirilən əməliyyat tədbirləri ilə gəldikləri avtomobili orada qoyaraq çətin relyefli ərazidə gizli yolla qaçmağa çalışan narkoşəbəkənin digər üzvləri - 24 yaşlı Vurğun Qasımlı, 30 yaşlı Rəşid Ağazadə, 31 yaşlı Emin Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıblar. Keçirilən baxış zamanı həmin şəxslərin ərazidə qoyaraq uzaqlaşdığı avtomobildən də marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla narkoşəbəkə üzvlərinin İran vətəndaşından əldə etdikləri narkotik vasitə və həbləri satışının təşkil olunmasından ötrü maddi qazanc qarşılığında paytaxt ərazisinə gətirməyə razılaşdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, M.Şıxəliyev, N.Xəlilov, V.Qasımlı, R.Ağazadə və E. Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
10:31 / 19 Oktyabr 2026
8
10:30 / 19 Oktyabr 2026
14
10:19 / 19 Oktyabr 2026
40
10:11 / 19 Oktyabr 2026
72
10:04 / 19 Oktyabr 2026
71
10:02 / 19 Oktyabr 2026
56
09:55 / 19 Oktyabr 2026
53
09:53 / 19 Oktyabr 2026
53
09:25 / 19 Oktyabr 2026
700
09:22 / 19 Oktyabr 2026
87
09:20 / 19 Oktyabr 2026
63
09:18 / 19 Oktyabr 2026
66
09:16 / 19 Oktyabr 2026
67
23:59 / 18 Oktyabr 2026
172
23:49 / 18 Oktyabr 2026
147
23:32 / 18 Oktyabr 2026
161
23:21 / 18 Oktyabr 2026
204
22:54 / 18 Oktyabr 2026
199
22:03 / 18 Oktyabr 2026
204
21:52 / 18 Oktyabr 2026
174
21:31 / 18 Oktyabr 2026
217
21:26 / 18 Oktyabr 2026
207
21:20 / 18 Oktyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.