Məktəb direktorunun maşınının yandırılmasına görə o da həbs edildi
19 Oktyabr 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
643
26.07.2025, 18:42
Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.
Oxu24.com “Qafqazinfo”-ya istinadən istintaq materiallarına əsasən hadisənin təfərrüatını təqdim edir.
Cinayət hadisəsi bu ilin payızında baş verib. 17 yaşlı Elcan Süleymanov özündən 3 yaş böyük Xəyal Nağıyevi bıçaqlayaraq öldürüb.
Tərəflər arasındakı mübahisə isə 50 qəpiyə görə başlayıb. Belə ki, Xəyal Ramana qəsəbəsində “Oba Market”də kassir işləyirmiş. Müştəri kimi mağazaya gələn yeniyetmə Elcan yağ aldıqdan sonra ödəniş edib. Lakin aldığı mala görə 50 qəpik az pul verib. Xəyal isə pulu tam verməli olduğunu qeyd edib. Bu səbəbdən aralarında mübahisə baş verib. Elcan qalığı sabah verəcəyini deyərək mağazadan çıxıb.
Səhəri gün o, içkili vəziyyətdə yenidən mağazaya gəlib. Onlar arasında mübahisə başlayıb. Elcan Xəyalı marketdən çölə çağıraraq üstündəki bıçaqla qətlə yetirib.
Təqsirləndirilən yeniyetmə məhkəmədə özünü qismən təqsirli bilib. İfadəsində deyib ki, mərhumla əvvəllər mübahisələri olsa da, sonuncu gün ondan üzr istəmək üçün mağazaya gedib. Həmin vaxt Xəyal kassasının arxasında oturmuş vəziyyətdə olub. Söhbət etmək üçün ayağa qalxmasını istəyib. Xəyal isə ona qulaq asmayaraq yenidən mübahisə başladıb. Bundan sonra mağazadan kənarda davam edən mübahisə faciə ilə yekunlaşıb.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla yeniyetməyə qarşı verilmiş ittiham əsaslı hesab edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinib. Ona təyin oluna biləcək ən ağır cəza -10 il azadlıqdan məhrumetmə cəzası verilib. Qətlə yetirilən gəncin yaxınları isə cəzadan narazı qalaraq məhkəmə salonunu tərk ediblər.
Zərərçəkmiş tərəf etiraz etsə də, qanun deyir ki, 18 yaşına çatmamış şəxsə 10 ildən artıq həbs təyin edilə bilməz. Məhkəmə də Elcana qanunda bu yaş qrupu üçün nəzərdə tutulan maksimal cəzanı verib.
13:46 / 19 Oktyabr 2026
1
13:37 / 19 Oktyabr 2026
41
13:27 / 19 Oktyabr 2026
157
13:22 / 19 Oktyabr 2026
48
13:07 / 19 Oktyabr 2026
772
13:03 / 19 Oktyabr 2026
59
12:55 / 19 Oktyabr 2026
146
12:54 / 19 Oktyabr 2026
83
12:36 / 19 Oktyabr 2026
84
12:35 / 19 Oktyabr 2026
76
12:25 / 19 Oktyabr 2026
64
12:11 / 19 Oktyabr 2026
69
12:04 / 19 Oktyabr 2026
310
11:55 / 19 Oktyabr 2026
126
11:49 / 19 Oktyabr 2026
243
11:40 / 19 Oktyabr 2026
713
11:26 / 19 Oktyabr 2026
477
11:20 / 19 Oktyabr 2026
108
11:20 / 19 Oktyabr 2026
90
11:15 / 19 Oktyabr 2026
78
11:06 / 19 Oktyabr 2026
462
11:05 / 19 Oktyabr 2026
76
11:00 / 19 Oktyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.