88 yaşlı qadının meyiti tapılıb
19 Oktyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
811
23.07.2025, 19:32
Atası tərəfindən itkin düşdüyü bildirilən 9 yaşlı kanadalı qızın cəsədi ABŞ-nin Nyu-York ştatındakı bir göldə tapılıb və onun boğularaq öldüyü müəyyən edilib.
Oxu24.com xarici mediaya istinadla bildirir ki, 45 yaşlı Luçano Frattolin öz qızı Melina Frattolinin qətlində və cəsədini gizlətməkdə ittiham olunub. Kanadalı kişi özünü günahkar saymadığını bildirib və hazırda dairə həbsxanasında saxlanılır.
Frattolin şənbə axşamı 911 təcili yardım xidmətinə zəng edərək qızının itkin düşdüyünü bildirib. Daha sonra o, polisə deyib ki, guya iki naməlum kişi qızını zorla ağ rəngli bir maşına mindiriblər.
Polis həyəcan siqnalı verərək itkin düşmüş qızcığazın axtarışında ictimaiyyətdən kömək istəyib. Lakin əməliyyatçılar atanın ifadələrində uyğunsuzluqlar aşkar ediblər və qızın oğurlandığına dair heç bir sübut olmayıb.
Ştatın meşə mühafizəçiləri qızın cəsədini Tikonderoqanın meşələrindəki bir gölün dayaz hissəsində tapıblar. Cinayət iddiasında qeyd olunub ki, Frattolin qızının cəsədini bir kötüyün altına gizlədib.
İlkin ekspertiza nəticələrinə əsasən, ölümün səbəbi "boğulma nəticəsində asfiksiya" olub və Nyu-York ştatı polisi bu hadisəni qətl kimi təsnif edib. Ekspertizanın yekun nəticələri isə hələ təqdim edilməyib.
Polisin verdiyi məlumata görə, ata ilə qız 11 iyuldan etibarən ABŞ-da istirahətdə olublar və həmin həftəsonu Monreala qayıtmalı imişlər. Polis qeyd edir ki, qız anası ilə yaşayırmış və ana 2019-cu ildən bəri Luçano Frattolindən ayrı yaşayır.
Qızın ölümünün başvermə şəraitinə dair istintaq davam edir.
21:37 / 19 Oktyabr 2026
1
21:30 / 19 Oktyabr 2026
77
21:25 / 19 Oktyabr 2026
32
21:14 / 19 Oktyabr 2026
43
21:02 / 19 Oktyabr 2026
105
20:39 / 19 Oktyabr 2026
83
20:25 / 19 Oktyabr 2026
64
20:11 / 19 Oktyabr 2026
88
20:08 / 19 Oktyabr 2026
72
19:59 / 19 Oktyabr 2026
79
19:48 / 19 Oktyabr 2026
84
19:35 / 19 Oktyabr 2026
107
19:24 / 19 Oktyabr 2026
110
19:15 / 19 Oktyabr 2026
115
19:11 / 19 Oktyabr 2026
165
19:04 / 19 Oktyabr 2026
94
18:58 / 19 Oktyabr 2026
76
18:50 / 19 Oktyabr 2026
94
18:49 / 19 Oktyabr 2026
218
18:45 / 19 Oktyabr 2026
85
18:37 / 19 Oktyabr 2026
1130
18:33 / 19 Oktyabr 2026
98
18:30 / 19 Oktyabr 2026
1080
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.