88 yaşlı qadının meyiti tapılıb
19 Oktyabr 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
836
23.07.2025, 11:01
Uzun müddət ictimaiyyətin və medianın diqqətində olan 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun cinayət işi məhkəmə sistemində sonuncu mərhələdədir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İlkinin vəkilləri xeyli müddət ərzində hazırladıqları kassasiya şikayətini artıq Ali Məhkəməyə təqdim ediblər. Müdafiə tərəfinin tələbi isə eynidir: Cəza qərarı ləğv edilsin.
Vəkillər kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər. Müdafiə tərəfi hesab edir ki, bəhs edilən cinayəti İlkin törətməyib və hökm əsaslı sübutlar əsasında çıxarılmayıb.
Bu iş üzrə istintaq və məhkəmə prosesləri bir neçə il davam edib. Müdafiə tərəfi çoxsaylı vəsatətlər qaldırıb, əlavə şahidlərin ifadələrinə, ekspert rəyinə və müxtəlif sübutlara istinad edərək təqsirləndirilən şəxsin günahsız olduğunu deyiblər. Lakin yekunda məhkəmələr müdafiə tərəfinin arqumentlərini əsaslı saymayıb, ittihamı qanuni hesab edib. İndi İlkin gələcək taleyi üçün son qapını döyür. Çünki Ali Məhkəmə sonuncu instansiyadır və yekun qərarı məhz bu məhkəmə verəcək.
Hələlik iş üzrə iclasın keçiriləcəyi tarix məlum deyil.
Xatırladaq ki, hadisə 2020-ci ilin əvvəlində Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İttihama görə, İlkin Süleymanov həmkəndlisi olan azyaşlı Nərmini oğurlayaraq evində saxlayıb, bir neçə gün sonra onu xüsusi amansızlıqla qətlə yetirib və cəsədini yandıraraq izləri gizlətməyə çalışıb.
İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusi amansızlıqla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə və adam oğurluğunda təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası hökmü təsdiq edib.
23:27 / 19 Oktyabr 2026
1
23:26 / 19 Oktyabr 2026
16
23:24 / 19 Oktyabr 2026
11
23:20 / 19 Oktyabr 2026
23
23:16 / 19 Oktyabr 2026
23
23:10 / 19 Oktyabr 2026
33
23:04 / 19 Oktyabr 2026
33
23:03 / 19 Oktyabr 2026
34
22:25 / 19 Oktyabr 2026
89
22:22 / 19 Oktyabr 2026
63
22:11 / 19 Oktyabr 2026
68
22:06 / 19 Oktyabr 2026
126
21:37 / 19 Oktyabr 2026
90
21:30 / 19 Oktyabr 2026
521
21:25 / 19 Oktyabr 2026
271
21:14 / 19 Oktyabr 2026
97
21:02 / 19 Oktyabr 2026
133
20:39 / 19 Oktyabr 2026
123
20:25 / 19 Oktyabr 2026
80
20:11 / 19 Oktyabr 2026
109
20:08 / 19 Oktyabr 2026
93
19:59 / 19 Oktyabr 2026
98
19:48 / 19 Oktyabr 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.