Qaynar xətt:

(+99450) 247 90 86

İsmayıllıda iki azyaşlını it dişləyib

2019-05/1558531219_1558529299_0001.jpg

KRİMİNAL

788

22.05.2019, 17:19

\"\" İsmayıllıda iki azyaşlını it dişləyib.
Oxu24.com-un ONA-nın yerli bürosuna istinadən xəbərinə görə, rayonun Xanagah kəndində yaşayan 2014-cü il təvəllüdlü Ələkbərov Əli Rafael oğlu qonşunun itinin hücumuna məruz qalıb. İt uşağın çanaq nahiyyəsini, əl və ayağını dişləyib. Azyaşlı xəstəxanaya çatdırılıb, əməliyyat olunub. Rayonun Xankəndi kəndində yaşayan 2015-ci il təvəllüdlü Adıgözəlova Aylin Murad qızı isə həyətdə oynayarkən sahibsiz küçə itinin hücumuna məruz qalıb. Uşaq qol və baş nahiyyəsindən xəsarət alıb. Hər iki uşaq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.